“Hiylə işlətdilər, həyasızcasına Rusiyanı aldatdılar”.
Mia.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin illik böyük mətbuat konfransında deyib.
O bildirib ki, NATO 1990-cı illərdə Şərqə doğru genişlənməyəcəyini vəd edib, lakin bu vədə əməl etməyərək, Rusiyanın sərhədlərnə doğru xeyli irəliləyib: “Qərb Rusiyaya təhlükəsizliklə bağlı zəmanət verməlidir. İndi və dərhal. Onlar, eyni zamanda, təhlükəsizliklə bağlı zəmanəti bizdən tələb etməməlidir”.
NATO-dan Putinin bu sərt ittihamlarına cavab gecikməyib.
Mia.az xəbər verir ki, Baş katibi Yens Stoltenberq DPA agentliyinə müsahibəsində NATO-nun genişlənməsinin davam edəcəyini bəyan edib və bildiirb ki, qurum Rusiyaya heç vaxt belə bir vəd verməyib:
"NATO heç vaxt genişlənməyəcəyinə söz verməyib. Hətta bizim təşkilatın təsis müqaviləsində deyilir ki, hər bir Avropa dövləti alyansa üzv ola bilər. 1970 və 1990-cı illərdəki Helsinki Yekun Aktı, Paris Xartiyası, Rusiya-NATO-nun təsis aktı və bir çox başqa müqavilələr hər bir dövlətin öz müqəddəratını sərbəst şəkildə təyin edə biləcəyini açıq şəkildə göstərir".
Mia.az