Rusiya Prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Szinpin arasında görüş olacaq.

TASS xəbər verir ki, məlumatı Çinin Xarici İşlər Nazirliyi yayıb.

Görüş dekabrın 15-də videoformatda keçiriləcək.

Liderlərin ikitərəfli əlaqələrin genişləndirilməsini, beynəlxalq vəziyyətə dair məsələləri müzakirə edəcəkləri gözlənilir/Report.