Türk ordusu İraqın şimalında PKK terror qruplaşması ilə mübarizə çərçivəsində daha 3 şəhid verib.
Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Türkiyə ordusu terrorçuların hücumunu cavabsız qoymayıb. Hava zərbələri ilə 6 terrorçu zərərsizləşdirilib.
Bölgədə terrorçulara qarşı əməliyyat davam edir.