Bu gün NAO-ya üzv ölkələrin xarici işlər nazirləri Riqada toplanıb.
Mia.az xəbər verir ki, ilk görüş günündən sonra brifinq keçirən baş katibi Yens Stoltenberq Rusiyanı Ukraynaya görə hədələyib.
O bildiirb ki, Rusiya Ukraynaya hücum edə, onun torpağını işğala cəhd edərsə, bunun qarşılığını çox sərt şəkildə alacaq: "Bunu açıq deyirik, belə hal olarsa, Rusiya bunun qarşılığını alacaq".
Stoltenberq deyib ki, artıq Rusiya qarşı ən ağır iqtisadi və digər sahələr üzrə sanksiyalar da hazırlanıb.
NATO baş katibi ilə yanaşı ABŞ Dövlət katibi Blinken də Rusiyanə hədələyib. O. Ukrayanaya açıq dəstəklərini ifadə edərək, Rusiyanı gərginliyi artırmaqdan çəkinməyə çağırıb.
Onu da qeyd edək ki, nazirlərin toplantısı iki gün davam edəcək.
Mia.az