“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) uzunmüddətli xarici və yerli valyutada emitent defolt reytinqini (BDR) “BB+” səviyyəsində təsdiqləyib.

Bu barədə agentliyin açıqlamasında bildirilir.

Məlumatda həmçinin qeyd olunub ki, İKZF-ın reytinqi üzrə proqnozu "Stabil"dir.

“İpoteka və Kredit Zəmanət Fondunun Azərbaycan Respublikası ilə möhkəm əlaqəsi (BB+/Stabil) və kiçik və orta sahibkarlığın (KOB) maliyyələşdirilməsini asanlaşdırmaqla əlverişli mənzil təminatında və biznes mühitinin inkişafında Fondun strateji əhəmiyyətinə dair dəyişməz mövqeyini əks etdirir", - “Fitch" bildirir.

Qeyd edilib ki, İpoteka Kredit və Zəmanət Fondu xüsusi statuslu təşkilatdır və tam dövlətə məxsusdur. 

Dövlətlə əlaqəli şirkətlərin reytinq meyarlarına (GRE) uyğun olaraq, “Fitch” yuxarıdan aşağıya yanaşma tətbiq edir və hökumətin Fonda dəstək göstərmək qabiliyyətini və istəyini çox yüksək hesab edir: "Əlaqələrin gücü və dəstək stimulunun qiymətləndirilməsinə əsaslanaraq, “Fitch” Müstəqil Kredit Profilindən (SCP) asılı olmayaraq, Fondun reytinqini Azərbaycanın reytinqinə bərabərləşdirilib"/Report.