Bakı Şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC paytaxtın Xətai rayonundakı Nizami adına mədəniyyət-istirahət parkında abadlıq (1), eləcə də şəhərdə səkilərdə, həyətlərdə, park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin görülməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.

Report dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “Xezer Construction” MMC və "Star Construction-12" QSC-dir.

Qalib şirkətlərə müvafiq olaraq 13,706 milyon manat və 9,893 milyon manat, ümumilikdə isə 23,599 milyon manat ödəniləcək.