Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.

AQTA-dan Mia.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində 2021-ci il noyabrın 21-də ölkə üzrə 393 ictimai iaşə obyektində 665 monitorinq keçirilib. Monitorinqlər zamanı 4 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Binəqədi ‎rayonu, Ə. Rəcəbli 3103 ünvanında yerləşən, fiziki şəxs Qurbanov Nuru Zərbəli oğluna məxsus restoran;

2. Bakı şəhəri, Səbail rayonu, Əziz Əliyev küçəsi 11 ünvanında yerləşən, fiziki şəxs “Nabikoğlu” MMC-yə məxsus “Chef Baku” restoranı;

3. Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi, ev 49 ünvanında yerləşən, fiziki şəxs Əliyev Ruslan Mübariz oğluna məxsus “The Hall By Emiland” restoranı;

4. Bakı şəhəri, Nizami‎ rayonu, Rüstəm Rüstəmov küç., ev 29 ünvanında yerləşən, fiziki şəxs Hudulov Tələt Dibirhacı oğluna məxsus kafe.