“Bu, artıq qərbdən olan həmkarlarımızın ənənəsnə çevrilib. İsveç kimi bitərəf dövlətin KİV nümayəndəsinin ağlına belə fikirlər gəlir”.

“RİA Novosti” xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in sədri, İsveçin XİN başçısı Ann Linde ilə keçirdiyi mətbuat konfransı zamanı İsveç televiziyası müxbirinin Rusiya Federasiyasının demokratiya ilə bağlı davranışına dair sualını cavablandırarkən bildirib.

Qeyd edək ki, jurnalist rusiyalı nazirdən soruşub: “Qərb demokratiyasının xoşuna gəlmək üçün Rusiya hansı addımları atmağı planlaşdırır?”.

S.Lavorv bunu nalayiq adlandıraraq beynəlxalq münasibətlər, İkinci Dünya müharibəsində faşizm üzərində qələbə və başqa bu kimi məsələlərdən danışıb/Report.