ABŞ İranın "Emennet Pasargad" kiberşirkətinə və onun altı əməkdaşına sanksiya tətbiq edib.

Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Nazirliyin Xarici Aktivlər idarəsi 2020-ci ildə ABŞ-da prezident seçkilərinə təsir etməyə cəhd göstərdikləri üçün İran şirkəti və onun işçilərini sanksiyalar siyahısına salıb.