Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli, müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyevin cinayət işi üzrə məhkəmə məhkəmə iclası davam etdirilib.

Məlumata görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs - "Altun" restoranın inzibatçısı olmuş Şahin İbrahimov dindirilib. O, təqsirləndirilən şəxslərdən yalnız Vüqar Səfərlini tanıdığını deyib:

"”Altun”da inzibatçı kimi işləmişən. 2018-ci ildə KİVDF-bin tədbirini keçirirdik. 350-400 tədbirin keçirilməsi nəzərdən tutulurdu. Bu proses dövlət tədbiri olduğu üçün Vüqar müəllimin özü rəhbərilik edirdi. Tədbir başlamamışdan 3-4 saat qabaq Vüqar müəllim gəlirdi, tapşırıqlarını verirdi. Prezidentin köməkçisi səviyyəsində keçirilən tədbir idi. Vüqar müəllim tədbir başlamamışdan 250-270 nəfərlik stol açılırdı. Texniki işçilər, sürücülər olurdu, onları da zaldan kənarda kabinetlərə yerləşdirikdik. Təbdir qutarandan sonra şou proqram olurdu. Tədbirin görünməyən tərəfi də olurdu. Yəni tədbirdən sonra oturanlar olurdu. Normalda 34 min manata tədbiri keçirə bilirdik. Lakin müğənnilər bizlik deyildi".

Prokurorun sualları cavablandırıan şəxs bildirib ki, təbdirdən 10-15 gün qabaq onlara məlunat verilib: "KİFDF nümayəndəsi gəlirdi, sənədlər imzalanırdı. Tender olurdu, lakin biz iştirak etmirdik. Faktiki olaraq menyunu təqdim edirdik, razılaşırdıq. Müğənniləri, şou proqramı biz təşkil etmirdik. Pulu bizim hesaba köçürüdülər. Şou proqramın pullu hissəsini bizdən götürür, onlar ödəyirdilər. Çünki biz o qiymətə musiqi ansamblı və müğənni gətirə bilməzdik. Tədbirdən sonra pulu bizdən Vüqar müəllim, ya da nümayəndəsi götürürdü".

Daha sonra "Xəmsə" restoranının icadarı Bəxtiyar Fətullayev ifadə verib. O da bildirib ki, tədbirlərin keçirilməsini üçün tenderdə iştirak edib:

"Tenderlə bağlı elan vermişdilər. Şərtlər açıqlmanmışdı. Biz də sənədlərimizi vermişik, tenderdə qalib gəlmişik. Biz müqavillər imzaladıq. Tədbirinin keçirilməsi ilə bağlı 400 nəfərlik hazırlıq görmüşük. Hətta bir gün qabaqdan zalı boş saxlatdırmışdılar. Tədbirinin sonunda akt tərtib olunub. Səhəri gün ödənişlər olub. Heç bir qanunsuz iş görməmişəm. Özümü təqsirli bilmirəm".

Prokurun suallarını cavablandıran şəxs deyib ki, 400 nəfərlik stol açılsa da, tədbirə daha çox şəxs gəlib: "Çünki elə qonaqlar var idi, gəlib yarım saat oturub gedirdi. Orda elə qonaqlar var idi ki, redaksiyalarına belə yemək göndərirdilər, menyuda olmayan içkilər istəyirdilər. Biz tanınmış adamlar çox olduğu üçün, çalışırdıq ki, bütün dediklərini edək. Çünki biz reklam olunurduq. KİV-lər bizi reklam edirdi, ondan sonra çox toylar tuturduq".

B. Fətullayev qeyd edib ki, danışılan məbləğdən 8 faizi geri qaytarılıb: "Biz menyuda bir nəfəri 60 manata nəzərdə tutmuşduq. Sonradan məlum oldu ki, 8 faiz artıq pul hesabımıza ödənilib. Ona görə də biz həmin pulu geri qaytarırdıq".

Məhkəmə prosesi noyabrın 23-də davam etdiriləcək/APA.

Qeyd edək ki, cinayət işi üzrə V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

İbtidai istintaq zamanı cinayətin törədilməsi nəticəsində vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilmiş, habelə təqsirləndirilən şəxslərə məxsus olan daşınar və daşınmaz əmlak və bank əmanətlərinin üzərinə həbs qoyulub.

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi (MEDIA) zərərçəkmiş qismində tanınıb.