Tbilisi şəhər məhkəməsinin hakimi Badri Koçlamazaşvili 2,7 milyon ABŞ dollarından çox dövlət vəsaitini israf etməkdə ittiham edilən Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin növbəti məhkəmə prosesini dekabrın 2-nə təyin edib.

TASS-ın məlumatına görə, Saakaşvilinin vəkili Dmirti Sadzaqalişvili bildirib ki, Ədliyyə Nazirliyinin təklifinə rəğmən, hakim müttəhimin məhkəmə prosesini həbsxanada keçirməkdən imtina edib/Report.