Gələn ilin may ayında Turin şəhərində keçiriləcək sayca 66-cı "Eurovision" mahnı müsabiqəsində Azərbaycan da daxil olmaqla 41 ölkə iştirak edəcək.
Mia.az Report-a istinadla xəbər verir ki, müsabiqədə builki "Eurovision"u işıqlandırmış 39 yayım şirkətindən əlavə Monteneqro və Ermənistan yayım şirkətləri də fəaliyyət göstərəcək.
“Müsabiqədə yenə də 40-dan artıq yayımçının iştirak edəcəyinə çox şadıq” – deyən mahnı müsabiqəsinin icraçı direktoru Martin Österdal 200 milyona yaxın tamaşaçı olacağı güman edilən yarışmanın hazırlığı üzərində İtaliyanın “RAİ” televiziya şirkətinin çalışdığını diqqətə çatdırıb.
Qeyd edək ki, 2022-ci il müsabiqəsinin yarımfinal mərhələləri may ayının 10-u və 12-də, finalı isə 14-də keçiriləcək.