Xoşqədəm Hidayətqızına ARB-də vəzifə verilib. 

Mia.az.az xəbər verir ki, bu barədə ARB-nin mətbuat katibi Mail Əsgərov məlumat yayıb.

O, Xoşqədəm Hidayətqızının ARB-də yaradıcılıq məsələləri üzrə müşavir təyin ediliyini də bildirib: "Tamaşaçıların səbrsizliklə gözlədiyi Xoşqədəm Hidayətqızının təqdimatında "Səni axtarıram” tezliklə ARB-də yayımlanacaq. Televiziya məkanında 12 ilin ən reytinqli verilişi olan "Səni axtarıram” öz vaxtında, həftə içi 5 gün, saat 16:00- da fərqli üslubda tamaşaçılara təqdim olunacaq”.