"Qarabağın hər yeri gözəl, önəmli və dəyərlidir".
Bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Tərtər rayonunun işğaldan azad olunan Talış kəndində jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, Qarabağ Azərbaycanın qəlbidir: "Yaxın zamanlarda Qarabağ ağıllı şəhər və kəndləri, təsərrüfatı, məhsulları ilə də məşhur olacaq. İnşallah, dünyanın ən keyfiyyətli ipəyi də burada istehsal olunacaq”./Report