Əməkdar artist Ruhəngiz Allahverdiyeva sosial şəbəkələrdə ünvanına yazılan şərhlərdən şikayətlənib.
R. Allahverdiyeva bildirib ki, haqqında yazılan əsassız şərhlər onun evində dava-dalaş yaradıb: "Yazırlar ki, "Dövlət niyə buna ad verib?", "Görəsən, bu niyə bu mərmərdən baxmır?".
Əməkdar artist onun haqqında bu sözləri yazanlara cavab verib: “Atanın, yoxsa ananın çörəyini yeyirəm? Bəlkə, sən mənə çörək verirsən? Ömrü verən Allahdır. Kimin ərini, oğlunu əlindən almışam ki, bu qədər narahatdır? Çox tərbiyəsiz sözlər yazırlar. Yəqin, bunların evdə ana-bacıları, valideynləri bu işlərlə məşğuldur”.
R. Allahverdiyeva bildirib ki, fotoşopa görə dava edirlər: “Mən müğənniyəm, istədiyim şəkli qoya bilərəm. Bu tərbiyəsizlərə görə ölkədən getmək istəyirəm.
Yazılanlara görə ailəmdə dava düşüb. Niyə camaatın ailəsini dağıdırsınız? Bununla çörək qazanırsınız? Mən biqeyrətliklə pul qazanmaram".