“Yeganə insanam ki, nazir olanda da, indi də ona hörmət etmədim. Yaltaqlardan, qorxaqlardan fərqli olaraq sayğı duymadım”.
“Sherg.az” xəbər verir ki, bu sözləri feysbuk profilində rejissor-aktyor Kənan MM keçmiş mədəniyyət naziri Əbülfəz Qarayev haqda yazıb.
Sənətçi sabiq nazirin 20 il ərzində onu bir dəfə də qəbul etmədiyini söyləyib:“Amma indi onun pul verib keçə bilmədiyi yerdən, mən salam verib keçirəm. Fəxri adları endirim ilə satan “makler”, mədəniyyətimizin qatilidir”.