Tanınmış müğənni Əlikram Bayramovun villasının görüntüləri yayılıb.

Belə ki, televiziya verilişlərindən birinə qonaq olan müğənni babasından qalan bağ evini böyük malikanə halına gətirdiyini bildirib.

Mən bu evdə dünyaya gəlmişəm. Köhnədən qalma evimiz var idi. Çiy kərpic və palçıqdan tikildiyinə görə bir gün çökdü. Daha sonra anam mənə vəsiyyət etdi ki, burada gözəl və geniş ev tikdirim.

Bu sözləri sağlığında demişdi. Mən də onun arzusunu reallaşdırdım.

Amma anama bu evi görmək qismət olmadı”.