Mərkəzi Gömrük Hospitalında koronavirusdan müalicə olunan müğənni Səyyad Əlizadənin vəziyyətində heç bir dəyişiklik yoxdur.

Bu barədə sənətçinin bacısı Səidə Əliyeva bildirib.

Onun sözlərinə görə, qardaşının vəziyyəti stabil ağır olaraq qalır: “Pisliyə doğru getmir, yenilik də yoxdur. Süni komadan çıxarılmayıb”.