İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti oktyabrın 12-də Mədəniyyət Nazirliyinə məxsus 4 müəssisəni təkrar hərraca çıxaracaq.

Mia.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bunlar Lənkəran rayonunda yerləşən Tatoba Kənd Sənətkarlıq klubu (ilkin satış qiyməti 3 500 manat) və Moloja Kənd Sənətkarlıq klubu (250 manat), eləcə də İsmayıllı rayonunda yerləşən Tircan Kənd Yaradıcılıq klubu (44 000 manat) və Soltan Kənd Yaradıcılıq Evidir (15 000 manat).