ABŞ-ın tanınmış aktyoru Don Koler 92 yaşında vəfat edib.
Mia.az "Haber Global"a istinadla xəbər verir ki, aktyor ağciyər xərçəngindən əziyyət çəkirdi.
Qeyd edək ki, Don Koler 17 oktyabr 1928-ci ildə Kaliforniya ştatının Santa Monika şəhərində anadan olub. Onun ilk ekran işi 1960-cı ildə çəkildiyi "Qanunsuzlar" serialı olub. Amerikalı aktyor "The High Chaparral", "Bonanza", "Gunsmoke" və "Outlaws" kimi qərb filmləri və NBC-də yayımlanan televiziya şouları ilə tanınıb.