“Mən demişdim ki, Səməd yaşlı adamdır, gərək onu tək qoyub Türkiyəyə getməyəydi. O söz bunları tutub”.
Mia.az xəbər veirr ki, bunu Moderator.az-a açıqlamasında müğənni Əli Mirəliyev müğənni Sevda Əliqızının onun ünvanına səsləndirdiyi sərt fikirlərə münasibət bildirərkən deyib. Əli Mirəliyevin sözlərinə görə Sevda xanımı İradə xanım öyrədir: “Sevdə ağzına gələni danışır da, bədbəxt adamdır. Onu qızışdıran İradədir. Mən demişdim ki, Səməd yaşlı adamdı, gərək onu tək qoyub Türkiyəyə getməyəydi. O söz bunları tutub. Səmədin dəfnində iştirak edən sənət dostlarından biri də mən olmuşam. Sevda deyir ki, guya İradə Türkiyəyə gedəndə Səmədə deyib ki, Türkiyəyə gedək, amma o, getməyib. Səmədin Türkiyəyə getməsi də xərcdir. Vaxt var idi Səməd qazanıb gətirirdi, onda İradə yanında oturmuşdu. Amma indi pulu yoxdu, qoyub getmisən. Mən düz sözü dediyimə görə inciyirlər. Səməd yaşlı kişi idi, üstünə-başına baxmağa adam lazım idi, illərdir tək tənha qalmışdı, belə olmur axı. Ona görə İradə Sevdaya deyib ki, ağzına nə gəldi çərənlə. Onlar qadındır, mən durub nə baş qoşacam ki”.
Qeyd edək ki, müğənni Sevda Əliqızı paylaşdığı videoda müğənni Əli Mirəliyevi Səməd Səmədovun ailəsi haqda açıqlama verdiyinə görə sərt tənqid edib.