Qeyd edək ki, qəzadan sonra qəribə hadisə baş verib. Avtomobili əzilən Vidadi İsmayılov əsəbləşərək, hirsini hadisəni çəkmək istəyən jurnalistlərdən çıxıb. O, qəfil müxbirlərə hücum edib. Orda olan yol polisləri sürücünü birtəhər sakitləşdirə bilib. Deyilənlərə görə, hadisə zamanı kanallardan birinin operatorunun kamerası da sınıb.
Faktla bağlı araşdırma aparılır.




