Yanavrın 25-də son qəzetlərə yaradılan əngəllər, qəzet köşklərinin bağlanması, yayım firmalarına olunan təzyiqlər, səyyar qəzet satışının qadağan olunması ilə bağlı redaktorların və yayımçıların toplantısı keçirilib. "Zerkalo” qəzetinin redaksiyasında baş tutan görüşdə aparıcı qəzetlərin rəhbərləri, yayım firmalarının nümayəndələri iştirak ediblər.
Bundan başqa, 30 yanvar tarixində Beynəlxalq Mətbuat Mərkəzində (BMM) deputatların, hüquq müdafiəçilərinin, ictimaiyyət nümayəndələrinin, siyasi partiyaların təmsilçilərinin iştirakı ilə toplantı keçirilməsinə qərar verilib. Qəzet rəhbərləri 1 günlük tətili keçirməyi də düşünürlər. Hələlik ilkin olaraq 7 qəzet bu aksiyalara razılıq verib. Digərlərinə də bu aksiyaya qoşulmaq üçün müraciət edilib. |
Qəzet redaksiyaları aksiya qərarı verdi
DİGƏR XƏBƏRLƏR
2026-02-04 16:52
2026-02-03 18:15
2026-02-03 14:50
2026-02-03 13:09
2026-02-03 12:20
2026-02-03 09:04
2026-02-02 19:48