Mikayıl Cabbarov Təhsil naziri postuna təyin olunduğu gündən bu sahəni Misir Mərdanovun rüşvətxor kadrlarından təmizləməklə məşğuldur.
Təhsil sistemində yüksək vəzifə tutan hansısa məmurun cəzalandırılması artıq adi hala çevrilib. Çünki ictimai münasibətlər nazirdən qətiyyətli addımlar atmağı tələb edir. Zakir Həsənov Səfər Əbiyevdən postu təhvil alandan sonra Milli Orduda paqonu sökülməyən çox az general qalıb. Yeni Müdafiə naziri atəşkəs dövründə general rütbəsinə yiyələnmiş yekəqarın hərbçilərin əksəriyyətini layiq olduqları yerə - televizor qarşısında əyləşib Elməddinin çəkildiyi şit serialları izləməyə göndərib.
Müdafiə Nazirliyində "təmizləmə əməliyyatı"nın bundan sonra da davam edəcəyinə zərrə qədər şübhə yoxdur. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov da operativlikdə həmkarlarından geri qalmır. Səlim müəlli-min 14 regionda Tibbi Sosial Ekspert Komissiyasının (TSEK) rəhbərini hamının gözü qarşısında işdən qovması nümu-nə götürülməsi vacib olan müsbət tendensiyadır. Ümid edirəm ki, yeni nazir uzun illərdən bəri Əmək və Əhalinin Sosi-al Müdafiəsi Nazirliyində əyləşib, camaatın qanını soran adamlara qarşı sonadək amansız olacaq. Bəzi məmurlar Füzuli Ələkbərovun dövründə o qədər harınlıq ediblər ki, Səlim müəllim yediklərini onların burnundan gətirməsə, ədalət bərqərar olmayacaq. Qanunsuzluğa qarşı mübarizə təkcə iki-üç nazirlikdə getmir. Sevindirici haldır ki, son illər Daxili İşlər Nazirliyinin rəhbər-liyi də əz əməkdaşlarına qarşı tələbkar olmağa başlayıb. Polis əməkdaşları əvvəllər olduğu kimi indi sıravi vətəndaşlara qarşı zorakılıq edə bilmirlər. Xidmət zamanı yol verdiyi nöqsanlara görə, hər həftə ən azı üç-dörd polis işçisi bu sis-temdən xaric olunur. Bir sözlə, yuxarılar başa düşürlər ki, artıq əvvəlki qayda ilə işləmək mümkün deyil. Çünki aşağı-lar əvvəlki qayda ilə yaşamaq istəmirlər...
Amma bu sadə həqiqəti başa düşməyən, hələ də köhnə idarəçilik üsulundan ikiəlli yapışan məmurlar da var. Heç şüb-həsiz ki, bu siyahıya Nəqliyyat naziri Ziya Məmmədov başçılıq edir. Ziya Məmmədovun yarıtmaz idarəçilik üsulu təkcə sadə vətəndaşları deyil, hakimiyyətə yaxın olan, onun kursunu dəstəkləyən adamları da bezdirib. Demək olar ki, hər gün nəqliyyat müfəttişlərinin qanunsuz əməlləri barədə məlumatlar yayılır. Ziya Məmmədovun qoçula-rının harınlığını sübut edən süjetlər sosial şəbəkələrin "bəzəyinə" çevrilib. Amma bu günə kimi Ziya müəllim tabeliyində çalışan bircə müfəttişi də cəzalandırmayıb. Ziya Məmmədov Azərbaycanda ictimai rəyə tüpürən yeganə nazirdir.
İndiyə kimi ölkədə heç bir nazirin iş praktikasında bu qədər özbaşınalıq qeydə alınmayıb. Hesab edirəm ki, məmurun ictimai rəyə tüpürməsi ilk növbədə onun hansı səviyyənin sahibi olduğunu göstərir...