Belə ki, hazırda paytaxtın müxtəlif ərazilərində 500-dək köşk fəaliyyət göstərir ki, onlrın da ehtiyacları ödəmədiyi haqda fikirlər var. Dövlət başçısı ilə görüş zamanı qəzet satışında yaranan problemlərdən biri kimi məhz köşk çatışmazlığı, köşklərin təyinatı üzrə istifadə olunmaması vurğulanmışdı. Əldə etdiyimiz məlumata görə, artıq Bakı şəhərində köşkə ehtiyac duyulan bütün ərazilər müəyyənləşdirilib, 200-dək yeni köşk sifariş verilib. Onlardan 60-ı yaxın günlərdə yerləşdiriləcək, digər köşklər də hazır olan kimi qarşıdakı bir ay ərzində müvafiq yerlərə qoyulacaq.
qafqazinfo