"Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov və idarənin əməkdaşı Ramin Qocayevin dəvəti ilə prokurorluğa getdim və orada görüşümüz oldu”.
Bu barədə jurnalist Anar Niftəliyev məlumat verib. Onun sözlərinə görə, Baş prokurora etdiyi müraciətlə əlaqədar keçirilən bu görüşdə şikayəti dinlənilib:
"Həyat yoldaşım, Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının həkim terroru nəticəsində ölümü ilə bağlı Nəsimi Rayon Prokurorluğunda başlayan cinayət işinin istintaqının ləng getməsi, zərərçəkən kimi istintaqa verdiyim iddialarla bağlı istintaq hərəkətlərinin yubadılması, həmçinin məndə olan qeyri-rəsmi məlumatlar haqqında danışdım”.
"Sabahdan başlayaraq, Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsində istintaq materiallarının araşdırılacağını və zəruri addımlar atılacağını bildirdilər”.