Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində keçiriləcək Vilnüs sammitinə bir həftə qalmış, yəni, noyabrın 21-də Ukrayna Nazirlər Kabineti bu sammitdə imzalanması gözlənilən As-sosiasiya Razılaşması layihəsinin hazırlanmasını dayandırdı. Bu, bütün Qərbdə şok-effekti yaratmaqla, Ukraynada kütləvi etirazlara səbəb oldu. Etiraz aksiyasının "Berkut" Xüsusi Təyinatlı Milis Dəstəsi tərəfindən qəddarlıqla dağıdılması isə Ukrayna cəmiyyətinin səbr kasasını daşırdı. Müxalifətin çağırışı ilə yüz minlərlə insan, bütün ölkə boyu meydanlara çıxaraq etiraz aksiyasına qoşuldular.
Dekabrın ilk günü paytaxt Kiyevdə meydanlara, müxalifətin hesablamarına görə bir milyon, jur-nalistlərin hesablamalarına görə isə 700-750 min insan çıxmışdı. Bu, son illər üçün postsovet mə-kanında ən izdihamlı etiraz aksiyası sayılır.
Hətta Rusiyada parlament seçkilərinin saxtalaşdırılmasına etiraz əlaməti olaraq keçirilən aksiyalar da dekabrın ilk günü Kiyevdə keçirilən aksiya ilə müqayisə oluna bilməzdi. Bu səbəbdən də Uk-raynada inqilabın başlaması barədə fikirlər meydana çıxıb və bunun hakimiyyət dəyişikliyinə səbəb olacağı istisna edilmir.
Hələ iki həftə əvvəl Nazirlər Kabinetinin məlum qərarının Ukraynanı siyasi böhranın astasına gətirəcəyini yazmışdıq. Milisin etiraz aksiyasını qəddarlıqla dağıtması isə Ukraynanı siyasi böhranın ağuşuna atdı. Bu böhrandan ancaq yeni seçkilər vasitəsilə çıxmaq olar. Digər yol isə ölkənin sonu görünməyən vətəndaş qarşıdurmasına sürüklənməsidir.
Ancaq Ukrayna cəmiyyətinin reaksiyası və Qərb dünyasının xüsusi həssaslıq göstərməsi ikinci variantla bağlı ehtimalları azaldır. Ukraynanın vaxtından əvvəl parlament və prezident seçkilərinə getməsi, bu ölkənin hakimiyyətində ciddi dəyişikliklərə gətirib çıxaracaq. Bütün dünya indi bu məsələni müzakirə edərkən, Ukraynada baş verən hadisələrin başqa tərəfinə toxunmağa çalışacağıq.
Rusiyanın neoimperiya arzuları məhv olur
Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində, üçüncü sammit ərəfəsində rəsmi Moskva gizli diplomatiyasını tam gücü ilə işə salaraq, əvvəlcə Ermənistanı, bunun ardınca Ukray-nanı Assosiasiya Razılaşmasını imzalamaqdan imtinaya sövq edə bildi. Rəsmi Moskva, hətta bir qədər irəli gedərək Ermənistanı Gömrük İttifaqına qoşulmağa da vadar etməyi bacardı. Bu uğur-lardan ruhlanan Rusiya rəsmiləri, Ukraynanın da Gömrük İttifaqına qoşula biləcəyi ilə bağlı vax-tından əvvəl sevinc keçirməyə başladılar.
Ukraynada yüz minlərlə insan bütün ölkə boyu etiraz aksiyasına qalxana kimi belə təəssürat yaranırdı ki, Moskva postsovet məkanında, xüsusilə də Müstəqil Dövlətlər Birliyinin əhatə etdiyi məkanda bütün prosesləri nəzarətdə saxlayır. Hətta Qərbin bir çox beyin mərkəzlərinin rəyi bundan ibarət idi ki, Moskva, MDB məkanındakı proseslərdə əsas söz sahibidir.
Lakin Ukrayna xalqı bu rəyləri alt-üst edərək, Moskvanın istəyinə uyğun yaşamaq niyyətində ol-madığını nümayiş etdirdi. Məlum oldu ki, Moskvanın hökmü avtoritar və korrupsiyalaşmış lider-lər üçün keçərli olsa da, xalqlar bu təzyiqlərə çox kəskin reaksiya verirlər. Ukrayna xalqının qəzəbini artıran əsas faktorlardan biri də bu idi.
Yanukoviç iqtidarının məhz Rusiyanın təzyiq və şantajları qarşısında dayana bilməyərək Avropa Birliyi ilə Assosiasiya Razılaşmasını imzalamaqdan imtina etdiyini bildirməsi Ukrayna xalqının iz-zətinə toxundu. Bundan sonra Yanukoviç iqtidarı Rusiyanın təzyiqi ilə Ukrayna xalqının Avropa arzusunu oğurlamaqda ittiham edildi. Bu isə, siyasi proseslərdən kənarda qalan elm, sənət və idman xadimlərinin də iqtidarın istefasını tələb edən siyasi müxalifətin tərəfinə keçməsi ilə nəticələndi.
Ukraynada baş verən bu hadisələr bir gerçəkliyi tam çılpaqlığı ilə ortaya qoydu ki, Rusiya, bir daha Sovet İttifaqı kimi dünyanın güc mərkəzi hesab olunacaq birlik yarada bilməyəcək. Ukrayna hadisələri həm də onu təsdiqlədi ki, Rusiyanın yaratdığı istənilən ittifaq yenə "xalqlar həbsxanası" olacaq. Ukrayna xalqının son günlər apardığı mübarizə də "xalqlar habsxanası"na düşməmək üçündür.
Moskvanın MDB respublikalarının avtoritar və korrupsiyalaşmış, bu səbəbdən də Qərbə yaxınlaş-maqdan çəkinən liderlərini qorxudaraq özünün təsiri altında saxlamağa çalışması və buna nail ol-ması fonunda region xalqlarının Rusiyanın əsarətinə keçmək istəmədiyi hiss olunur. Bu, ərazisinin bir hissəsini itirmək bahasına da olsa, Avroatlantik strukturlara inteqrasiya yolunda cəsarətlə irəli-ləyən Gürcüstan və Moldovanın timsalında, eləcə də Rusiyadan idarə olunan separatizm təhdidi-nə baxmayaraq, Avropa arzularını gerçəkləşdirmək üçün ayağa qalxan Ukraynanın nümunəsində çox aydın görünür.
Rusiyanın forpostu olan və Moskvanın imperialist siyasətinin alətinə çevrilməyə adət etmiş Ermənistanda da artıq Kremlin planlarını qəbul etməyənlər meydana çıxmağa başlayıblar. Putinin hay-küylü son Ermənistan səfəri zamanı keçirilən etiraz aksiyaları bunu bir daha təsdiqlədi.
İrəvanda keçirilən etiraz aksiyaları göstərdi ki, Moskva avtoritar və korrupsiyalaşmış liderlərin ita-ətinə nail ola bilsə də, xalqları ram etməkdə acizdir.
Vilnüs sammiti ərəfəsində Ermənistan və Ukrayna rəhbərliyini Assosiasiya Razılaşmasını imzala-maqdan çəkindirən Rusiya, həmin günlərdə özünü qalib kimi aparırdısa, indi Sovet İttifaqının da-ğılmasından sonra ən böyük məğlubiyyəti ilə üzləşmək üzrədir. Bu məğlubiyyəti onun Avropadan Asiyaya çəkilməsinə səbəb olacaq. Bu isə Rusiya hakimiyyətini özündən çıxarır və onlar müxtəlif bəyanatlar səsləndirirlər.
Rusiya prezidentinin Ukraynada baş verən möhtəşəm xalq hərəkatını "talançılıq" adlandırması, bu hadisənin xaricdə hazırlanmış ssenari olduğunu söyləməsi, Cənubi Qafqazdan heç zaman çıxma-yacaqları haqqında bəynatı ilə yanaşı, Moskvada Ukrayna xalqı ilə həmrəylik aksiyasına sərt müdaxilə də deyilənləri təsdiqləyir. Moskva növbəti dəfə, həm də daha böyük məğlubiyyətə uğradı-ğının fərqindədir və bu, Rusiya rəsmilərində isterikaya səbəb olur. Bu isterikanın Rusiyanın xarici siyasətinə, xüsusilə də postsovet respublikalarına qarşı siyasətinə nə dərəcədə təsir edib-etməyəcə-yini yaxın günlərdə biləcəyik.
Qərb geri çəkilməyəcək
Ukrayna hadisələri zamanı Qərbin yekdil və cəld reaksiyası göstərdi ki, NATO və Avropa Birliyi-nin Şərqə doğru genişlənmə planından vaz keçilməyib. Yəni, Qərb hər iki layihəni reallaşdırmaqda israrlıdır. Ukrayna ilə bağlı ABŞ başda olmaqla, bütün Qərb dövlətlərinin birmənalı mövqe nümayiş etdirməsi, ЌATO başda olmaqla, bütün Avroatlantik stukturların bu hadisəni müzakirə et-məsi və Ukrayna xalqının Avropaya inteqrasiya siyasətini dəstəkləməsi də yuxarıda deyilənləri təsdiqləyir.
Belə fikirlər səslənir ki, guya Qərb, Ukraynanın Avropaya inteqrasiyasında çox da maraqlı olmadığından, Vilnüs sammiti ərəfəsində rəsmi Kiyevi yola gətirməyə cəhd göstərməyib. İddia edilir ki, guya iqtisadi sıxıntılar içərisində olan Avropa və ümumilikdə Qərb, 45 milyon əhalisi olan yoxsul Ukraynanı öz sıralarına almaqda maraqlı deyil. Amma bu, ilk baxışdan doğru görünsə də, əs-lində həqiqəti əks etdirmir.
İqtisadi böhran keçirən Yunanıstana yüz milyardlarla maliyyə dəstəyi verməsi Qərbin o qədər də sıxıntılı günlər keçirmədiyini göstərdi. Digər tərəfdən, Ukraynanın geostarteji əhəmiyyəti o qədər böyük və ABŞ-ın su (dəniz) geostrategiyasında o qədər önəmli yer tutur ki, onun əhəmiyyətinin maliyyə ekvivalenti mövcud deyil. Ukraynanın Avropa Birliyinə və ardınca NATO-ya üzvülüyü Qara dənizin tarixdə ilk dəfə olaraq, Qərbin təsir dairəsinə keçməsinə səbəb ola bilər. Çünki Qara dəniz, Aralıq dənizi və Şərqi Çin dənizi kimi ABŞ-ın su geostrategiyasında ən önəmli yerə sahibdir. Buna görə də Qərb, Ukrayna məsələsində güzəştə getməyəcək.
Ukrayanın Avropaya inteqrasiya yolunu seçməsi Moldovanın da bu istiqamətdəki addımlarını geridönməz edir. Bu iki respublikanın Avropaya inteqrasiyası Rusiyanın böyük güc mərkəzinə çev-rilmək arzularını da həmişəlik dəfn edə bilər.
Çinin də Ukraynanın Avropaya inteqrasiya siyasətini dəstəkləməsi müasir dünya düzəninin Rusi-yanın böyük gücə çevrilməyə imkan vermək niyyətində olmadığının başqa bir sübutudur.
Ukraynanın Avropaya inteqrasiya kursu digər postsovet ölkələrinə də təsirsiz ötüşməyəcək. Bu proses Belarus, Gürcüstan, Azərbaycan və Ermənistana da öz təsirini göstərəcək. Ukraynanın Avropaya inteqrasiya yolunu seçməsi, bu seçimi etmiş Gürcüstanın özünə inamını artıracaqsa, bu, Qərblə yaxınlaşmaqdan çəkinən respublikalara da təsir edəcək.
Azərbaycan müsəlman ölkəsi olsa da, İslam coğrafiyasına deyil, postsovet məkanına aid edilir. Bu səbəbdən də müsəlman ölkələri olan Tunis, Liviya, Misir və Suriyada baş verənlərdən fərqli olaraq, Gürcüstan və Moldovanın Avropaya inteqrasiya yolunu seçməsi, Ukrayna xalqının eyni arzu ilə ayağa qalxması Azərbaycana da təsirsiz ötüşməyəcək. Rəsmi Bakının bütün bunları nəzərə alıb, özünün daxili siyasətinə yenidən baxması Azərbaycanı bir çox kataklizmlərdən xilas edə bi-lər.