İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) sabiq baş direktoru İsmayıl Ömərov mətbuata qadağa qoyub.
Belə ki, İTV-dən getdikdən sonra mediadan uzaq düşən İ.Ömərov artıq telefonla heç bir jurnalistə nə açıqlama, nə də müsahibə verməyəcək. Virtualaz.org bildirir ki, bunu azvision.az-ın əməkdaşına İ.Ömərov özü deyib.
Hazırda Bakıda olduğunu deyən keçmiş baş direktor İTV-dəki dəyişikliklər barədə də danışmaqdan imtina edib.
"Hazırda Bakıdayam. Hər şey yaxşıdır. Sadəcə bundan sonra jurnalistlərə telefonla müsahibə verməyəcəm,”-deyə İ.Ömərov bildirib.