Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə “SOCAR Energy Ukraine” şirkəti bu ölkənin Müdafiə Nazirliyinin elan etdiyi tenderin qaliblərindən biri olub.
Ukrayna mətbuatının verdiyi məlumata görə, Ukraynanın Müdafiə Nazirliyi noyabrın 4-də 6,5 min ton arktika markalı dizel yanacağının alınması üzrə tenderin nəticələrini elan edib.
Tenderin qalibləri “Lüks-Kraina” və “SOCAR Ukraine” şirkətləri olub.
İki lot üzrə keçiriləcək tenderin birinci lotunun qalibi “Lüks-Kraina” şirkəti olub. Şirkət qiyməti hər ton üçün 21 351 qrivna təşkil edən 3 min ton dizel yanacağı alacaq. SOCAR isə ikinci lotun qalibi olub və hər ton üçün qiyməti 21 500 qrivna təşkil edən 3 500 ton dizel yanacağı alacaq.
Həmçinin tenderdə “Qlusko Ukrayna”, “Ukrtatnafta”, “Fraqranta” və “Alyans Enerqo Treyd” şirkətləri də iştirak ediblər. Resursun son tədarük müddəti 2020-ci ilin 10 dekabrdır.
Qeyd edək ki, 2019-cu ildə SOCAR Ukrayna Müdafiə Nazirliyi üçün 13,5 min ton yanacaq tədarük edib/Report.