Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) noyabrın 14-də dərc olunmuş hesabatının müəllifləri iddia edirlər ki, İran nüvə proqramı üzərində uzun illərdən bəri apardığı gərgin işi azaldıb.
İranın nüvə obyektlərinə baxış keçirmiş MAQATE müfəttişlərinin fikrincə, rəsmi Tehran birtərəfli qayda-da nüvə proqramını "dondurmaq" istiqamətində addımlar atır. Ekspertlər isə hesab edir ki, Tehranın bu addımı son on ildə İranla Qərb arasında qarşıdurmaya səbəb olmuş gərginliyi diplomatik yolla həll etmə-yə imkan verə bilər.
Qeyd edək ki, İranın nüvə proqramını inkişaf etdirmək qərarı Tehranla Vaşinqton və Brüssel arasında münasibətlərin gərginləşməsinə, hətta hərbi qarşıdurma həddinə gəlib çatmışdı. Təbii ki, buna əsas sə-bəb İranın sabiq prezidenti Mahmud Əhmədinejatın apardığı siyasət idi. M.Əhmədinejatın hakimiyyətinin son aylarında isə vəziyyətin belə davam edəcəyi təqdirdə İrana qarşı hərbi müdaxilənin reallaşacağı istisna edilmirdi. Hətta bəzi ekspertlər Qərbin İrana qarşı hərbi müdaxiləsinin tarixi ilə bağlı da açıqlamalar verirdilər.
Lakin İranda son prezident seçkilərində islahatçı Həsən Ruhaninin qalib gəlməsi və bu seçkilərin yüksək seçici fəallığı ilə keçirilməsi Qərbi gözləmə mövqeyinə çəkilməyə vadar etdi. Yeni prezident Həsən Ruhaninin ilk bəyanatları isə rəsmi Tehranın siysətində ciddi dəyişikliyin anonsları idi və nəticədə öz təsirini göstərməyə başladı.
Həsən Ruhani prezident seçildikdən az sonra onunla ABŞ prezidenti Barak Obama arasında telefon da-nışığının baş tutması rəsmi Tehranın xarici siyasət kursunda ciddi dəyişikliyin ola biləcəyi rəyini güclən-dirdi. MAQATE müfəttişlərinin hesabatı isə rəsmi Tehranın Qərblə qarşıdurma siyasətindən imtina et-məsi qənaətini yaradır.
İranın nüvə proqramı on ildən artıq idiki Qərblə Tehran arasında diplomatik qarşıdurmaya səbəb olmuş-du. Deyəsən, artıq bu qarşıdurma öz həllini tapmağa yaxınlaşır. Dünyanı təəccübləndirən əsas məqam isə İranın birtərəfli qaydada nüvə proqramını dondurmasıdır.
Məlum olduğu kimi, əvvəllər ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çindən ibarət "Altılıq" ölkələri ilə İran arasındakı diplomatik danışıqlarda Tehrana nüvə proqramından imtina etməyin qarşılı-ğında bir sıra cəlbedici iqtisadi təkliflər edilirdi. Rəsmi Tehran isə bu təklifləri rədd edirdi. Amma indi, İran bu təkliflər olmadan, birtərəfli qaydada nüvə proqramını dondurur.
Obama yeni sanksiyalara imkan vermədi
İranın nüvə proqramını birtərəfli qaydada dondurması haqqında MAQATE müfəttişlərinin sensasiyalı hesabatının yayıldığı gün ABŞ prezidentinin Konqressi Tehrana qarşı yeni sanksiyaların tətbiqindən çə-kinməyə çağırması həmin günün ikinci sensasiyası oldu.
Obamanın Konqressə müraicətində deyilir ki, əgər problemin diplomatik həllinə tərəfdarıqsa, yeni sanksiyalar tətbiq etməyə ehtiyac yoxdur. Yəni, İrana qarşı yeni iqtisadi sanksiyalardan imtina həm də Tehranın nə dərəcədə ciddi olduğunu yoxlamağa imkan verəcək. Obamanın fikrincə, yeni sanksiyaların tətbiqindən imtina etdikdən sonra İran dünya ictimaiyyətini özünün nüvə silahı əldə etməkdən imtina etməsinə inandıra bilməsə və buna sübutlar göstərməsə, bu zaman ABŞ heç nə itirməyəcək.
Lakin Vaşinqtonda gözəl başa düşürlər ki, sanksiyalarla İranın nüvə proqramını dayandırmaq mümkünsüzdür. Bunu ötən illərin təcrübəsi də sübut edir. ABŞ və onun mütəffiqləri İrana qarşı sanksiyaları sərt-ləşdirdikcə, bu ölkənin uranın zənginləşdirilməsi prosesində uğurlar əldə etməsi və özünün nüvə texnologiyasını təkmilləşdirməsi haqqında məlumatlar gəlirdi. Yəni, iqtisadi sanksiyaların ağırlığı İranın nüvə obyektlərində zəruri texnologiyanın qurulması prosesinə öz təsirini göstərə bilməmişdi. İrana qarşı iqtisadi sanksiyaların sərtləşdiyi son illərdə bu ölkənin nüvə obyektlərində aparılan tikinti işlərinin sürəti belə azalmamışdı. Bundan başqa, əksər ekspertlər bir fikirdə həmrəy idilər ki, hətta hərbi müdaxilə də İranın nüvə proqramını məhv etməyəcək. Bütün sanksiyalar yalnız bu proqramın sürətini azalda bilərdi ki, ən sərt iqtisadi sanksiyaların tətbiqi zamanı bu proqnoz da özünü doğrultmadı. Ona görə də, Qərbdə belə bir rəy hakim olmağa başlayır ki, İranı yalnız diplomatik danışıqlar vasitəsi ilə nüvə silahı əldə etməkdən çəkindirmək olar. Əksər ekspertlər Barak Obamanın Konqressi İrana qarşı yeni sanksiyalar tət-biq etməkdən çəkindirməsini ən doğru addım sayırlar. Doğrudur, Barak Obamanın bu addımı İsraili və onun Qərbdəki dəstəkçilərini qəzəbləndirib. İsraildə belə hesab edirlər ki, ABŞ-la İran arasında münasi-bətlər düzəlsə, bundan ən çox zərər görən Tələviv olacaq. Hətta bəzi İsrail rəsmiləri Barak Obamanı İs-railə xəyanatdə suçlamaqdan da çəkinmirlər. Ancaq son illərin təcrübəsi göstərir ki, İsrailin rəsmi Vaşinqtonun siyasətinə təsiri çox azalıb. Buna görə də Barak Obama tərəddüd etmədən İrana qarşı yeni sanksiyaların tətbiqinə qarşı çıxa bilir.
Beynəlxalq münasibətlərdə yeni mərhələ başlayır?
İran İslam İnqilabından sonra Qərbin cənub qonşumuza qarşı siyasəti "Soyuq müharibə" illərində Qərblə Şərq arasında münasibətlərin əsas elementlərindən idi. Hətta Türkiyə ilə İran arasındakı münasibət-lər də bu məqamların təsiri altında formalaşmışdı. "Soyuq müharibə"nin bir neçə il öncə başa çatmasına baxmayaraq, həmin dövrdə formalaşmış streotiplərin siyasi münasibətlərə hələ də güclü təsir etdiyi hiss olunurdu. Bu səbəbdən də bəzi ekspertlər "Soyuq müharibə"nin başa çatmadığını, onun yeni for-ma aldığını qeyd edirlər.
Qərblə Rusiya arasında bir-birinə etimadın olmaması, Qərblə İran arasında düşmənçiliyin qalması "Soyuq müharibə"nin yeni forma alması haqqında fikirlərin həqiqətdən uzaq olmadığını göstərir. Əgər indi Qərblə İran arasındakı gərginlik sona qədər yumşalsa və bu qarşıdurmanı əməkdaşlıq əvəz etsə, o zaman beynəlxalq münasibətlərdə yeni mərhələ başlaya bilər. Bu, heç şübhəsiz ki, İranın qonşu olduğu Cənubi Qafqaz regionuna da öz müsbət təsirini göstərəcək.
Cənubi Qafqaz respublikaları müstəqillik əldə etdikdən sonra Qərbin bu regiona yönəlik siyasətində əsas diqqətə alınan amillərdən biri də İran amili idi. Cənubi Qafqaz respublikalarının Avroatlantik strukturlara inteqrasiyasına, regionda demokratikləşmə prosesinə əsas maneələrdən biri İranın regiona təsi-ri göstərilirdi. Belə bir rəy formalaşmışdı ki, İran faktoruna görə, Qərb Cənubi Qafqazda Şərqi Avropanın digər regionlarına nisbətən daha ehtiyatlı siyasət aparmağa məcburdur. Əgər Qərblə İranın münasibət-lərində yumşalma baş tutarsa və əməkdaşlıq yaranarsa, o zaman Cənubi Qafqazda yeni siyasi vəziyyət yarana bilər.
Cənubi Qafqazda oyun qaydaları dəyişə bilər
İranla Qərb arasındakı münasibətlərdə baş verən sürətli dəyişiklik region ölkələrini də özlərinin siyasət-lərində dəyişikliyə vadar edir. Xüsusilə İsrailə münasibət daha əvvəlki kimi cəlbedici görünmür. Dünya siyasətində baş verən dəyişikliklərə çevik reaksiya verən Gürcüstanın İsrailə qarşı əvvəlki siyasətindən hiss olunacaq dərəcədə geri çəkildiyi hiss olunur. Ermənistanın isə İsraillə münasibətləri Cənubi Qafqazın digər iki respublikasından daha zəifdir. Buna görə də, Ermənistanın siyasətində ciddi dəyişikliyə ehti-yac yoxdur. Son illər İsraillə çox ciddi münasibətlər yaradan Azərbaycan isə hələ də özünün ənənəvi siyasətinə dəyişiklik etməyə cəhd göstərmir. Yəni, Qərblə İranın münasibətləri yaxşılaşarsa, bu, Azərbay-canın öz əleyhinə işləyə bilər. Buna görə də, rəsmi Bakı Qərblə İran arasında gedən prosesləri diqqətlə izləməli və yarana biləcək istənilən vəziyyətə hazır olmalıdır.
Qərblə İran arasında münasibətlərin hansı həddə qədər inkişaf edəcəyini söyləmək çətin olsa da, bəzi məsələlərlə bağlı dəqiq fikir söyləmək mümkündür.
Rəsmi Tehranın nüvə siyasətində hansısa dəyişiklik edib-etməyəcəyindən asılı olmayaraq, Barak Oba-manın prezidentliyi dövründə ABŞ-ın İrana qarşı hərbi müdaxilə etməyəcəyini əminliklə söyləmək olar. Eyni zamanda, İranın da Qərblə hərbi qarşıdurmadan son anda da olsa yayınacağını birmənalı söyləmək mümkündür. İsrailin isə İrana qarşı təkbaşına hərbi müdaxiləyə cürəti çatmaz. Buna görə də, İrana qarşı yaxın illərdə hərbi ssenarinin işə düşəcəyi ehtimalı azdır. Əksinə, Qərbin İranla anlaşmaya meyl edəcəyi daha çox gözləniləndir.
İranın dövlət siyasətinə köklü dəyişikliklər etmək səlahiyyətində olmayan prezidentin kimliyi, onun bir neçə bəyanatı və bir neçə kiçik addımı bu münasibətlərdə belə ciddi dönüş yarada bilirsə, deməli, an-laşma istənilən zaman baş tuta bilər. Buna görə də, İranın qonşuluğunda yerləşən region ölkələri bu faktoru nəzərə almalıdırlar. Çünki İranla Qərb arasındakı münasibətlərdə dəyişiklik baş verərsə, bu, Ru-siyanın Cənubi Qafqazda təklənməsinə səbəb ola bilər. Avropa Birliyinin Cənubi Qafqaz siyasətində ak-tivlik mərhələsinin başlandığını da nəzərə alsaq, Qərblə İran arasındakı münasibətlərdə yumşalma ölkə-mizin də yerləşdiyi regionda bütün oyun qaydalarını dəyişməsi ilə nəticələnər.