Tələbələrimizi aldadan cinayətkar dəstə... - Ekspert detalları açıqladı

img

16-12-2019 [12:34]


"Təəssüflər olsun ki, son illərdə ölkəmizdə xarici ölkələrdə təhsil almağa gedənlərin bir qrup şəxs tərəfindən aldadıldığını müşahidə edirik. Xarici ölkələrə qəbul adı altında fəaliyyət göstərən bu cinayətkar dəstə müxtəlif bəhanələrlə insanları aldadırlar. Bu müxtəlif formalarda həyata keçirilir”.
 
Mia.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov sosial şəbəkədəki hesabında yazıb.
 
O bildirib ki, bu cinayətkar dəstənin insanları aldatdığı məsələlərdən biri Türkiyədə qiyabi təhsil vədi ilə bağlıdır:
 
"Qeyd edim ki, Türkiyənin heç bir universitetində qiyabi təhsil yoxdur. Orada olan "Açıq öyrətim” və "Distant təhsil”dir ki, onlar da ölkəmizdə birmənalı şəkildə tanınmır.
 
Düzdür, təhsil haqqında 13-cü maddəsinə əsasən isə respublikamızda aşağıdakı təhsilalma formaları müəyyən edilir:
 
1. əyani;
 
2. qiyabi;
 
3. distant (məsafədən);
 
4. sərbəst (eksternat).
 
Amma yalnız və yalnız xarici ölkələrdə əyani və qiyabi təhsil alan tələbələrin diplomları tanınır. Onun da müəyyən prosedur qaydaları var ki, əsası da, əyani təhsil alan o ölkədə semester ərzində azı 90, qiyabi təhsil alan 15 gün olmalıdır. Bu müddət olmasa, diplomun tanınmamasından imtina olunur.
 
Gələk əsas məsələyə, ölkəmizdə bir qrup şəxs valideyn və tələbələri aldadaraq onları Türkiyə Universitetlərinin qiyabi təhsilinə qəbul aldığı vədini verir, sonra da Türkiyədən bir neçə müəllim gətirib burada müəyyən dərslər verirlər. Bu insanların etibarından sui-istifadə etməkdir.
 
Birmənalı şəkildə deyim ki, bu tipli dərslərə cəlb olunanların diplomları nə indi, nədə yaxın 4-5 il ərzində tanınması ilə bağlı bir məsələ müzakirə olunmur.
 
Təəssüflər olsun ki, bəzi universitet və məktəblər binalarını, otaqlarını bu Türkiyənin "Açıq öyrətim” və "Distant təhsil” adı altında xidmət göstərən qruplaşmalara icarəyə verirlər. Bəli, onlar ilk baxışdan sadəcə olaraq, binalarını icarəyə verirlər. Əslində isə, orada insanlarımızın, gənclərimizin aldadılmasına göz yumur şərait yaradırlar.
 
Birmənalı şəkildə deyirəmki, ölkədə insanlarla belə xidmətin göstərilməsi qanunusluqdur. İnsanlar inanır ki, onların diplomu sonda tanınacaq, amma bu baş vermir.
 
Maraqlıdır ki, bu qruplaşmalar hər sezon başqa bir yerdə başqa ad altında fəaliyyət göstərirlər.
 
Buradan bütün təhsil müəssisələrinə, hüquq mühafizə orqanlarına müracət edirəm ki, Xaricdə təhsil fəaliyəti göstərən şirkətlərin fəaliyəti daha ciddi şəkildə nəzarətə götürülsün. İndiyə qədər xarici ölkələrdə təhsil almağa gedənlərin sənədləri yenidən yoxlanılsın.
 
Xüsusi ilə Türkiyə universitetlərində təhsil alan Azərbaycanlı tələbələrin sənədləri ciddi şəkildə yoxlanılmalıdır. Təəssüflər olsun ki, son illərdə daha çox tələbələrin ölüm hadisələri bu ölkədə təhsil alan Azərbaycanlı tələbələrin payına düşür, ən çox aldadılma halları Türkiyədə təhsil almağa gedənlərin başına gətirilir.
 
Məsələnin pis tərəfi isə odur ki, bir çox hallarda ölkəmizdən Türkiyəyə təhsil almağa gedən gənclərimizə qarşı törədilən qanunsuzluqlarda həmən universitetlərin əməkdaşları da iştirak edirlər. Onlar bizim insanımızın nə olur olsun, diplom almaq ehtirasından sui istifadə edirlər”.
 
Ekspert bu istiqamətdə hər gün silsilə problemləri yazacağını, xüsusi ilə Türkiyədə tibb təhsili ilə bağlı aldadılma halları barədə faktlar qeyd edəcəyini bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR