Zlatan İbrahimoviç "Milan"a dönür

img

16-12-2019 [12:25]


İtaliyanın "Milan” klubu sabiq futbolçusu Zlatan İbrahimoviçlə danışıq aparır.

Bu barədə "Football Italia”ya açıqlamasında "rossoneri”in idman direktoru Paolo Maldini bildirib. O, 38 yaşlı isveçli hücumçunun mövqeyinə başqa namizədləri də gözdən keçirdiklərini vurğulayıb.

Qeyd edək ki, ABŞ təmsilçisi "Los-Anceles Qelaksi”dən ayrılan İbrahimoviç karyerası ərzində vətənində "Malmö”, Niderlandın "Ayaks”, İtaliyanın "Yuventus”, "İnter”, "Milan”, İspaniyanın "Barselona”, Fransanın PSJ və İngiltərənin "Mançester Yunayted” komandalarının formasını geyinib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR