Həbs edilən polkovnik azadlığa buraxıldı: "Oğlu zəng edib dedi ki..."

img

16-12-2019 [12:13]


Həbs edilən "Aprel döyüşləri"nin iştirakçısı polkovnik Qadir Vəlişov azadlığa buraxılıb.

Mia.az xəbər verir ki, bu barədə Qarabağ qazisi Rey Kərimoğlu bildirib.

O deyib ki, polkovnik Vəlişovun oğlu ona zəng edib: "Dediyinə görə, prokurorluğun verdiyi vəsadətlə polkovnik Vəlişov Qadir azadlığa buraxılıb".

Qeyd edək ki, Q.Vəlişov Beyləqan rayonunda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə tutulmuşdu. 

Faktla əlaqədar Beyləqan Rayon Polis Şöbəsində (RPŞ) Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi başlanılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR