İcra Hakimiyyətinin şöbə müdiri özünü öldürdü - Bakıda + FOTOLAR

img

16-12-2019 [10:47]


Xəbər verdiyimiz kimi, Nərimanov rayon İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlizadə Elmar Şamil oğlu özünü asaraq intihar edib.
 
Hadisə mərhumun ad günündə baş verib.
 
 Belə ki, E.Əlizadə yaxınları ilə doğum gününü qeyd etdikdən sonra, naməlum səbəblərdən yaşadığı evdə özünü asaraq intihar edib.
 
E.Əlizadənin intihar etməsinin səbəbi bilinmir. Mərhum dünən Yasamal qəbirstanlığında dəfn edilib.
 
Qeyd edək ki, E.Əlizadə bundan əvvəl Xarici İşlər Nazirliyində çalışıb/Unikal.org. 
 
****
 
Nərimanov rayon Prokurorluğu icra hakimiyyətinin şöbə müdiri intiharı ilə bağlı məlumat yayıb. 
 
Mia.az-ın məlumatına görə, bildirilib ki, 1975-ci il təvəllüdlü Əlizadə Elmar Şamil oğlunun yaşadığı evdə özünü asaraq intihar etməsi barədə daxil olan məlumat əsasında polis və prokurorluq orqanlarının, eləcə də məhkəmə tibbi ekspertin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər istintaq hərəkətləri yerinə yetirilib.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünün öldürmə həddin çatdırma) maddəsi cinayət işi başlanıb, iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
Xatırladaq ki, E.Əlizadə Nərimanov rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb. 
 
 
Bakıda doğum günündə intihar edən məmurunFOTOLARI
 
Bakıda doğum günündə intihar edən məmurunFOTOLARI

Digər xəbərlər
SON XƏBƏRLƏR