BAXCP-nin səlahiyyətli nümayəndələri təsdiqləndı - Qərar + SİYAHI

img

15-12-2019 [00:08]


Mərkəzi Seçki Komissiyası fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə iştirak üçün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında qərar qəbul edib.

Mia.az xəbər verir ki, BAXCP səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin  qeydə alınması üçün müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, təqdim edilmiş şəxslərin qeydə alınması üçün qərar qəbul edib.

Aşağıdakı şəxslər Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri kimi qeydə alınıb:

1.1. Səlahiyyətli nümayəndələr:

Əli Zülfüqar oğlu İbrahimov

Etibar Oruc oğlu Nəsirov

Aydın Məlikməmməd oğlu Əkbərov

Yusif Hüseyn oğlu Süleymanov

Rauf Qarxun oğlu Mütəllimov

Nurəddin Səyyad oğlu Qocayev

Nübubət Rəhman qızı Namazova

Böyük Ağa Ənvər oğlu Babayev

Yeganə Kazım qızı Mehdiyeva

1.2. Maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə:

İlqar Əlixan oğlu Məmmədxanov


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR