BAKIDA SÜRÜŞMƏ ƏRAZİSİNDƏ BİNANIN ÜSTƏ YENİ MƏRTƏBƏLƏR TİKİLİR - İH komitəni hədəf göstərir + VİDEO

img

13-12-2019 [19:01]


Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V massivində yerləşən  "Badu-Kubə" MTK-a məxsus 13 nömrəli binanın sakinləri binada su və işığın olmamasından şikayətləniblər.

Sakinlər "Report"a bildirib ki, uzun müddətdir binada kommunal xidmətlərin göstərilməsində problemlər yaşanır. Onların sözlərinə görə, dəfələrlə bu problemlərin həll edilməsi üçün öz aralarında yığdıqları pulu MTK rəhbərliyinə versələr də, problem tam həll edilməyib. 

Bundan əlavə, binanın üstündə əlavə tikinti işlərinə başlanılması sakinlərin yaşayışına maneçilik törədir.

 Sakinlər binanın sürüşmə ehtimalı olan ərazidə yerləşdiyindən üstündə əlavə tikinti işlərinin aparılmasının təhlükəyə səbəb ola biləcəyini düşünürlər.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətindən "Report"a bildirilib ki, həmin MTK-nın rəhbərinin müvafiq dövlət qurumlarına borcu var:

"Ona görə də binanın kommunal təminatı ilə bağlı problemlər yaranır. "Azərişıq" və digər qurumlar tərəfindən MTK sədrindən borcunun ödənilməsi tələb edilib. İcra Hakimiyyətindən də MTK rəhbərinə sakinlərin şikayətlərinin təmin edilməsi ilə bağlı xəbərdarlıq olunub. Vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət edərək MTK sədrini məhkəməyə verməli və o da məhkəmə yolu ilə cəzalandırılmalıdır. Biz də çalışacağıq ki, məsələ öz müsbət həllini tapsın".

Binanın üstündə əlavə tikinti işlərinin aparılmasına gəlincə isə, icra nümayəndəsi qeyd edib ki, bu məsələ icra hakimiyyətinin səlahiyyətlərinə daxil deyil: "Tikinti məsələləri icra hakimiyyətinin səlahiyyətində deyil. Tikinti işləri ilə bağlı icazələr Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilir". 



Digər xəbərlər
SON XƏBƏRLƏR