Zakir Qaralov 23 nəfəri qəbul etdi, prokurorlara tapşırıq verdi

img

13-12-2019 [15:25]


Baş prokuror Zakir Qaralov dekabrın 13-də Sumqayıt şəhər prokurorluğunun inzibati binasında Sumqayıt şəhər və Qubadlı rayonlarından olan vətəndaşları qəbul etmişdir.

Prokurorluqdan Mia.az-a verilən məlumata görə, Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 23 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər veribr.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapmış, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub