SENATDAN TÜRKİYƏYƏ 18 SƏSLƏ SANKSİYA QƏRARI ÇIXDI - Rəsmi Ankaradan ilk açıqlama

img

11-12-2019 [21:16]


ABŞ Senatının Beynəlxalq Əlaqələr Komitəsi Türkiyəyə qarşı sanksiya tətbiqini özündə əks etdirən qanun layihəsini qəbul edib.

Mia.az xəbər verir ki, bu gün S-400-lərə görə nəzərdə tutulan sanksiya paketi senatda səsverməyə çıxarılıb və 18 senatorun səsi ilə qəbul edilib.

Məlumata görə, layihənin əleyhinə cəmi 4 senator çıxıb.

Məsələyə rəsmi Ankaradan ilk reaksiya verilib.

Prezident Ərdoğanın sözsüsü İbrahim Kalın deyib ki, vəziyyəti yaxından izləyirlər: "İndi bu sanksiya layihəsi Prezident Trampın üstünə gedəcək. Qarşımızda bir mərhələdə var yəni. Trampın yaxşı niyyət içində olduğunu bilirik".

Yeri gəlmişkən, ABŞ Senatının Xarici laqələr Komitəsinin rəhbəri Cim Riç bu gün açıqlama verərək, "Artıq Türkiyəyə səbr göstərməyimizin sonu çatdı. Bayram bitdi. Sanksiya tətbiq ediləcək", - deyə açıqlama vermişdi.

O, bildirb ki, sanksiya müdafiə naziri Hulusi Akar başda olmaqla, Türkiyənin bir çox vəzifə sahibləri ilə yanaşı, Türkiyənin silah alışına və Suriyada istifadə edəcəyi silahlara da tətbiq olunacaq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR