Mağazaları yanan sahibkarlar yolu bağladı: icra başçısı görüşdü - "EuroHome"un sahibi isə... + VİDEO

img

11-12-2019 [11:39]


Bu gün "EuroHome" tikinti malları bazarında mağazaları yanan sahibkarlar aksiya keçiriblər.

Bakı-Sumqayıt yolunu bağlayan sahibkarlar onlara dəyən zərərlə bağlı kompensasiya verilməsini istəyiblər. 

Mağazası yananlardan biri ona 100 min manatdan yuxarı zərər dəydiyini və ticarət fəaliyyətinin tamam dayandığını bildirib.

Qeyd edək ki, ötən gün Binəqədi rayonu ərazisinsə yerləşən bazar alışıb. Çox sayda mağaza içərisində mallarla birgə yanıb/Qaynarinfo.az.

Mia.az xəbər verir ki, aksiyadan sonra Binəqədinin icra başçısı sahibkarlarla görüşüb.

Məlumata görə, icra başçısı görüşdə bildirib ki, hadisə ilə bağlı ətraflı araşdırma aparılır.

Başçı onu da bildirib ki, yanğında malları yanan sahibkarlara kompensasiya ödənilməsi bazar rəhbərliyi tərəfindən həyata keçiriləcək.

Maraqlıdır ki, dünən baş verən hadisədən indiyədək yanan mərkəzin rəhbərliyi ortalıqda görünməyib. Onlardan indiyədək bir açıqlama belə verilməyib. 

Görünür, bazar rəhbərliyi ilə sahibkarlar arasında hər hansı bir görüşləri olmayıb.

Xatırladaq ki, "EuroHome” ticarət mərkəzinin "AF Holqinq”in rəhbəri Azay Möhnətova məxsus olduğu haqda xəbər yayılıb. 

Yenisabah.az-ın  məlumatına görə, holdinq 1991-ci ildən fəaliyyət göstərir. Holdinq haqqında açıq mənbələrdəki məlumata görə, bura 16 şirkət daxildir: 

1."AF Bank” - VTB Bankın əvvəlki adıdır və hazırda 51% payla VTB Bank tərəfindən idarə olunur.

2. Everton

3. Uğur 97

4. Muradlı

5. AFSAN Plastik

6. AF Pen

7. AF Pilsa AF Holdinqlə Sabancı Holdinq arasında tərəfdaşlıq.

8. AF Business House

9. AF Euro Home

10. Aqua Park Baku

11. AF Hotel Aqua Park

12. Aqua Park Shikhov

13. AF Mall

14. AF Com Plaza

15. AF Com Center

16. AzİnTran

Azay Möhnətova gəlincə, tikinti biznesi ilə məşğul olan iş adamı kimi təqdim edilir. Azay Möhnətov eyni zamanda  Azərbaycan Memarlar Birliyinin üzvüdür. 

"EuroHome”yə gəlincə, reyestr məlumatlarında bu ticarət mərkəzinin  MMC kimi 2 iyul 1999-cu ildə dövlət qeydiyyatına alındığı göstərilir. Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ev 1-də yerləşən MMC-nin nizamnamə kapitalı 306 min 548 manatdır. "EuroHome” ticarət mərkəzinin qanuni təmsilçisi isə Məmmədov Samir Lətif oğludur.  Açıq mənbələrdə onunla bağlı hər hansı məlumat yoxdur/Yenisabah.az
 



Digər xəbərlər
SON XƏBƏRLƏR