Nazirlər Kabinetinə yeni səlahiyyət verildi - Prezidentdən fərman

img

10-12-2019 [17:13]


Prezident İlham Əliyev "Patent haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 755 nömrəli Fərmanda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, aşağıdakı dəyişikliklər həyata keçiriləcək:

1. 2.1-ci bənddən "4.2-ci maddəsində,” sözləri çıxarılsın və həmin bənddə "39.2-ci maddəsində (birinci halda)” sözləri "39.2-ci maddəsində (birinci və ikinci hallarda)” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 2.1-1-ci bənd əlavə edilsin:

"2.1-1. həmin Qanunun 39.2-ci maddəsində "orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;”.

3. 2.2-ci bənddə "39.2-ci maddəsində (ikinci halda)” sözləri "39.2-ci maddəsində (üçüncü halda)” sözləri ilə əvəz edilsin.

4. 2.4-cü bənddən "4.2-ci maddəsində,” sözləri çıxarılsın və həmin bəndə "39.2-ci maddəsində” sözlərindən sonra "(birinci halda)” sözləri əlavə edilsin.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR