Əli Əhmədov, Fuad Muradov, Cavid Qurbanov... - Rəsmilər Yevda Abramovun dəfnində

img

08-12-2019 [13:41]


Yevda Abramovla vida mərasimi başa çatıb.

Mia.az xəbər verir ki, mərasimdə Birinci vitse-prezident Mehriban Əliyevanın  başsağlığı məktubu oxunduqdan sonra mərhum dəfnə aparılıb.

Mərhum Qırmızı Qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılıb.

***

Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində Milli Məclisin vəfat etmiş deputatı, İnsan hüquqları komitəsinin sabiq sədr müavini Yevda Abramovla vida mərasimi keçirilir.

Mia.az Report-a istinadla xəbər verir ki, mərasimə başda Əli Əhmədov olmaqla YAP rəhbərliyi, artıq keçmiş deputatlar, o cümlədən Cavid Qurbanov, komitə sədri Fuad Muradov və digər rəsmi şəxslər qatılıblar 

Mərasimdən sonra mərhum Qırmızı Qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq.

Milli Məclisin İnsan hüquqları komitəsinin sabiq sədr müavini dekabrın 6-da müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada 71 yaşında dünyasını dəyişib. Milliyyətcə yəhudi olan Yevda Sasunoviç Abramov 12 iyun 1948-ci ildə Quba rayonunun Qırmızı qəsəbəsində anadan olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR