Nazirlər Kabineti magistratura ilə bağlı qərar verdi

img

07-12-2019 [17:50]


Nazirlər Kabineti "Magistratura təhsilinin məzmunu, təşkili və "magistr” dərəcələrinin verilməsi Qaydaları”nda dəyişiklik edib. 

Mia.az-ın məlumatına görə, qərara əsasən, magistraturaya müvafiq ixtisaslar üzrə qəbul olunacaq tələbələrin sayı mövcud maddi-texniki baza və elmi-pedaqoji potensial nəzərə alınmaqla, Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək.

Bu Qərarla edilən dəyişikliyin tətbiqi ilə əlaqədar dövlət sifarişi və dövlət hesabına təhsil alan tələbələrin təhsil haqqı üçün tələb olunan xərclər Azərbaycan Respublikasının dövlət büdcəsində bu məqsəd üçün nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdiriləcək. 

Digər xəbərlər
SON XƏBƏRLƏR