Şəmkirdə evlərdən və mağazadan oğurluq edən dəstə tutuldu - FOTO

img

06-12-2019 [13:38]


Şəmkir rayonunda evlərdən və mağazadan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Gəncə regional qrupundan Mia.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin müxtəlif vaxtlarında rayon ərazisində 7 fərdi yaşayış evindən və bir mağazadan oğurluq edən şəxslər saxlanılıblar.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Gəncə şəhər sakinləri 34 yaşlı Babək Sadıqov və 31 yaşlı Fərid Torkiyev rayon ərazisindəki evlərə gizli yolla daxil olaraq oradan qızıl zinət əşyaları, müxtəlif məbləğlərdə nağd pul oğurlayıblar. Dəstə üzvləri oğurluq yolla əldə etdikləri qızıl zinət əşyalarının bir qismini Gəncə şəhərində özləri, digər bir qismini isə Bakı şəhər sakini Elba Əhmədov vasitəsi ilə satıblar.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı saxlanılan şəxslərin Tovuz rayonunda da anoloji cinayət hadisələrini törətdikləri məlum olub.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR