Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanın ali məktəblərində ödənişsiz təhsil alacaqlar

img

06-12-2019 [12:36]


Azərbaycan hökuməti Gürcüstan vətəndaşları olan azərbaycanlıların Azərbaycanın ali təhsil müəssisələrində pedoqoji ixtisaslar üzrə təhsil almaları üçün kvota ayırıb.

Mia.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 2020-2021-ci tədris ilindən etibarən Gürcüstan vətəndaşları olan azərbaycanlılar Azərbaycanın ali məktəblərində ödənişsiz təhsil alacaqlar və onlara təqaüd veriləcək: "Artıq Azərbaycan hökuməti tərəfindən kvota müəyyənləşdirilib. Bununla bağlı və eyni zamanda, sonradan həmin pedoqoqların Gürcüstandakı azərbaycandilli məktəblərdə işlə təmin olunmaları məsələsinin həlli üçün Azərbaycan və Gürcüstanın Təhsil nazirlikləri arasında danışıqlar planlaşdırılır. Növbəti tədris ili üçün bu kvotanın doldurulması ilə bağlı mexanizmlər müəyyənləşdiriləcək”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR