Rəsmi Moskva bolqar diplomatını qovdu - İki dövlət arasında casus qalmaqalı

img

05-12-2019 [20:52]


Rusiya Xarici İşlər Nazirliyi Bolqarıstanın Moskvadakı səfirliyinin diplomatını "arzuedilməz şəxs” ("persona-non-qrata”) elan edib.

TASS xəbər verir ki, bu barədə Bolqarıstan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

"Bolqarıstan Respublikasının Rusiyadakı səfiri Atanas Krıstin dekabrın 5-də Moskvada XİN-ə çağırılıb və ona nota təqdim olunub. Diplomatımız qarşılıqlı prinsip əsasında "persona-non-qrata” elan olunub”, - deyə nazirlik vurğulayıb.

Məlumata görə, bolqar diplomat Rusiyanın Sofiyadakı səfirliyinin "arzuedilməz şəxs” elan olunmuş əməkdaşı ilə eyni statusdadır.

Qeyd edək ki, cari il oktyabrın 28-də casusluqda şübhəli bilinən Rusiyanın Moskvadakı səfirliyinin əməkdaşı Bolqarıstandan çıxarılıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR