Keçmiş prezidentin iqamətgahı satışa çıxarıldı - 1 milyon 840 minə

img

05-12-2019 [16:26]


Gürcüstan hökuməti Mestia rayonunda yerləşən keçmiş prezident iqamətgahını elektron hərraca çıxarıb.

Mia.az "Report”a istinadla xəbər verir ki, obyekt "Biznes üçün 100 investisiya təklifi” kampaniyası çərçivəsində satılır.

Özəlləşdirilməyə çıxarılan obyektə qeyri-kənd təsərrüfatı torpağı və orada yerləşən binalar daxildir.

Keçmiş iqamətgahı almaqda maraqlı olan şəxs və ya şirkət müqavilə imzalanandan 42 aydan çox olmayan müddətdə obyektin otel kimi fəaliyyət göstərməsini təmin etməlidir.

Obyektin başlanğıc qiyməti 1 840 000 lari (1 milyon manatdan çox) təşkil edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR