MİDA-da aparat rəhbəri vəzifəsinə təyinat olub

img

05-12-2019 [14:22]


Mənzil İnşaat Dövlət Agentliyində (MİDA) aparat rəhbəri vəzifəsinə təyinat olub. 

MİDA-dan Mia.az-a verilən məlumata görə, bu vəzifə Fərman Vahid oğlu Qurbanlıya həvalə edilib. 

O, indiyə qədər MİDA-nın Beynəlxalq Əlaqələr və Strateji Planlaşdırma şöbəsinin müdiri vəzifəsini tutub, Agentlikdən əvvəl isə "Bank BTB”, "PAŞA Bank” və "Yelo Bank" ASC-lərdə müxtəlif vəzifələrdə çalışıb. 

F.Qurbanlı İngiltərənin Lankaster Universitetində Pul, Bankçılıq və Maliyyə üzrə magistr dərəcəsi alıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR