Azərbaycan və Ermənistan XİN başçıları arasında 3.5 saatlıq görüş: nələr razılaşdırıldı?

img

05-12-2019 [09:19]


Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə, ATƏT Nazirlərinin Bratislavada keçirilən iclası çərçivəsində baş tutan və 3 saat yarımdan çox davam edən görüşü zamanı tərəflər geniş müzakirələr aparıblar. 

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. 

Qeyd olunub ki, tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıb. 

Eyni zamanda nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.

***

"Dağlıq Qarabağ münaqişəsinin həllində ilk addım Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən - Dağlıq Qarabağ bölgəsindən dərhal çıxarılması olmalıdır".

Bunu Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib.

"Ölkəmin mövqeyi dəyişməz olaraq qalır... Dünən erməni həmkarımla 3,5 saat müzakirə apardıq. Deyə bilərəm ki, ciddi və çətin danışıqlar oldu. Təəssüf ki, hələ də həll edilməmiş məsələlər qalır", - deyə E.Məmmədyarov bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri - ABŞ, Rusiya və Fransa ilə danışıqlar zamanı tərəflər Dağlıq Qarabağ münaqişəsinin həllinə addım-addım nail olmaq məsələsini müzakirə ediblər

Digər xəbərlər
SON XƏBƏRLƏR