NATO-nun Baş katibi: "Birimiz hamımız, hamımız birimiz üçün!”

img

04-12-2019 [15:45]


"NATO tarixdə ən uğurlu ittifaqdır”.

APA-nın xəbərinə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq hərbi blokun 70 illiyi ilə bağlı Londonda keçirilən sammitdə deyib.

"Terrorla mübarizədə böyük uğurlar qazanmışıq və biz müdafiə sahəsinə daha çox investisiya qoymağa davam edirik. 2016-cı ildən bəri avropalı müttəfiqlərimiz və Kanada hərbi büdcələrinə 130 milyard dollar əlavə ediblər. Bu misli görünməmiş bir rəqəmdir və NATO-nu daha da gücləndirir”, - deyə Y. Stoltenberq bildirib.

Baş katib qeyd edib ki, NATO ABŞ və Avropanın müdafiə və təhlükəsizliklə bağlı məsələləri müzakirə etdiyi və bu istiqamətdə birgə addım atdığı yeganə platforma olaraq qalır: "Müxtəlifliklərimizə baxmayaraq, bizim əsas vəzifəmiz bir-birimizi müdafiə etməkdir. Birimiz hamımız, hamımız birimiz üçün!”.

Zümrüd Paşkin

Digər xəbərlər
SON XƏBƏRLƏR