KTN rəhbəri: "Bu ölkələr arasında ticarət dövriyyəsinin həcmi 4 milyard dollardan çoxdur”

img

04-12-2019 [10:55]


"Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələr arasında ticarət dövriyyəsinin həcmi 4 milyard ABŞ dollarından çoxdur”.

Bunu kənd təsərrüfatı naziri İnam Kərimov ECO üzvlərinin kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən VI toplantısında deyib.

"Azərbaycan ECO-nu regional əməkdaşlığın vacib platforması hesab edir. ECO ölkələri Azərbaycanla bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində uğurlu əməkdaşlıq qurub. Biz etibarlı tərəfdaşlarımız olan BMT, onun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), eləcə də Dünya Bankı ilə birlikdə ECO ölkələrinin iştirakı ilə regional layihələr həyata keçirmişik. Bu layihələr ölkəmizdə kənd təsərrüfatı sahəsinin inkişafına müsbət təsir göstərir”, - deyə o, qeyd edib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR